Saat:13:56
Haqqımızda

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalandı

2023-02-04 17:29:00

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalandı

Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Nazir bildirib ki, bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR