Azərbaycan və İsrail XİN başçıları arasında telefon danışığı olub
2023-01-13 17:57:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə israilli nazir öz tvitter hesabında yazıb.
Bildirilib ki, tərəflər Azərbaycanın İsraildə yeni səfirlik açması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər:
“Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - deyə paylaşımda qeyd edilib.
musavat.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya