Saat:16:00
Haqqımızda

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət addımdır” - Jan-İv le Drian

2021-09-25 23:07:00

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət addımdır” - Jan-İv le Drian

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

Fransanın xarici işlər naziri Jan-İv le Drian bununla bağlı rəsmi tvitter səhifəsində yazıb.

“Dünən - müharibədən bir il sonra baş tutan Ermənistan və Azərbaycan nazirlərinin görüşü müsbət addımdır. Davamlı sülhə nail olmaq üçün biz tam səfərbərik”, - nazirin paylaşımında deyilir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR