Azərbaycan və Ermənistan xarici işlər nazirləri Skopyedə görüşəcəklər?
2023-11-30 14:35:39

ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü nəzərdə tutulmayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.
“ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, - deyə məlumatda bildirilib.
oxu.az
