Saat:04:23
Haqqımızda

Azərbaycan və Ermənistan rəsmiləri yenidən görüşəcək

2024-01-27 15:31:36

Azərbaycan və Ermənistan rəsmiləri yenidən görüşəcək

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir. 

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir. 

Ötən ilin sonunda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərhəddə görüşünün keçirildiyini xatırladan Ceyhun Bayramov qeyd edib ki, belə bir görüşün yaxın günlərdə yenidən baş tutması nəzərdə tutulur. 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194186