Saat:18:08
Haqqımızda

"Azərbaycan və Ermənistan arasında dumanlı və çox kəskin böhran davam edir" - POLİTOLOQ

2021-07-28 12:22:00

"Ermənistan üçtərəfli razılaşmaların əleyhinə olaraq konkret olaraq sərhəddə atəşkəsi mütəmadi pozması davam edir. Kəlbəcərdə Ermənistan ağır artilleriya vasitələrindən istifadə edərək demək olar ki, müharibəni bərpa edir. Bununla Ermənistan Fransa və ABŞ prosesə cəlb edərək, Azərbaycana təzyiq siyasəti həyata keçirməyə nail olmağa çalışır".

Bunu "Hürriyyət.az"a açıqalmasında MCP sədri, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistanın yeni müdafiə naziri Rusiyaya səfər edib və bu səfər fonunda atəşkəsi mütəmadi pozulur:

"Ötən gün ABŞ səfirinin Kəlbəcərə gəlişi, Fransa səfirinin açıqlamalar rəsmi Yerevanın proseslərdən yayınmağa sövq edir. Məsələnin digər tərəfinə gəldikdə isə, Rusiyada Azərbaycana təzyiq etməkdə maraqlıdır. Ermənistanın yeni müdafiə naziri Rusiyaya səfər edib və bu səfər fonunda atəşkəsi mütəmadi pozulur.

İlk növbədə Rusiyada bu böhranda maraqlı görünür. Çünki Azərbaycanın Türkiyə ilə "Şuşa" Bəyannaməsi və ötən gün üçtərəfli Türkiyə, Azərbaycan və Pakistanla Bakı Bəyannaməsinin imzalanması Moskvanın maraqlarına cavab vermir. Baş verən yeni üçtərəfli siyasi-hərbi platforma regionda Türkiyənin aktiv siyasətinə gətirib çıxarır. Məhz davam edən bu proseslər fonunda Ermənistan üç tərəfli imza atdığı sənədlərdən yayınacaq və lokal mühahirəbənin davam etməsi ilə nəticələnəcək.

Avropa ittifaqı, Fransa və ABŞ əsas strateji xətti Rusiyanın Ermənistanda mövcud durumunu zəiflətməkdir. Azərbaycan və Ermənistan arasında dumanlı və çox kəskin böhran davam edir. Azərbaycanın əldə etdiyi yüksəklikləri Ermənistan nəzarətə almaq üçün hərəkətə keçib.

Birinci, N. Paşinyan bununla Ermənistan daxilində məğlub durumu aradan qaldırmağı planlayır.

İkinci, Azərbaycanla mövcud sərhəddin dəyişilməsinə çalışır.

Üçüncü, Qərbi prosesə cəlb edib, Mink qrupunun fəaliyyətini bərpa etməyə çalışır.

Dördüncü, 10 noyabr və 11 yanvar razılaşmalarından yayınmağa çalışır.

Ermənistanı durdurmaq və hərbi əməliyyatları Zəngəzur ərazisində düşməni sülhə məcbur etmə hərbi əməliyyatlarına başlanmalıdır. Bu əməliyyatlar başlayacaqsa, ABŞ və Avropa ittifaqının sanksiyaları ilə üzləşməyəcək.

Milli Cəbhə partiyası olaraq Qərbin bəzi dövlətlərinin Ermənistan siyasətini qinayiriq. Bu regionda sülh və təhlükəsizliyin təmin edilməsinə qarşıdır. Demokratiya və insan haqlarını, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığını əsas prioritet hesab edən Qərb bu yanaşma ilə Ermənistanı növbəti avantüraya sövq edir.

MCP olaraq Azərbaycan silahli qüvvələrinin Kəlbəcər istiqamətində hərbi əməliyyatlarının davam etdirilməsini, bütün təzyiqlərə rəğmən ölkənin ərazi bütövlüyünün qorunmasında ordumuzun yanındayıq. Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatların Zəngəzurda da aparılmasında maraqlıyıq".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR