Azərbaycan Ukraynanın dostları siyahısına düşmədi-azərbaycanlıların Ukraynada etdikləri fədakarlıqlara baxmayaraq...

2022-06-02 14:26:00

Azərbaycan Ukraynanın dostları siyahısına düşmədi-azərbaycanlıların Ukraynada etdikləri fədakarlıqlara baxmayaraq...

Bəlli olduğu kimi, Putinin işğalçı ordusunun Ukraynaya qarşı müharibəyə başlamsından dərhal sonra sivil dünya Ukrayna ətrafında birləşərək anti-Rusiya koalisiyası yaratdı. Üstəlik, bir çox ölkələr Ukraynaya humanitar və hərbi dəstək verməkdədir.
“Forbes” fevralın 24-dən etibarən hər bir ölkənin Ukrayna ilə bağlı atdığı addımları, verdiyi qərarları təhlil edərək, 11 kriteriya əsasında bu ölkənin ən böyük dostu olan dövlətlərin siyahısını müəyyənləşdirib.
Bildirir ki, 4-dən çox ölkə Ukraynaya Rusiyanın təcavüzünə müqavimət göstərməkdə əhəmiyyətli dərəcədə kömək edir. Kimi silahla təmin etməklə, kimi anti-Rusiya sanksiyaları tətbiq etməklə, kimi pulla kömək edir, ya da rus diplomatlarını ölkədən çıxarır.
Reytinqdə BMT Baş Assambleyasında Rusiya qoşunlarının çıxarılması, Rusiyaya qarşı sanksiyaların tətbiqi və onun üçün hava məkanının bağlanması, Rusiya/SSRİ-nin Ukraynaya qarşı soyqırımının tanınması, rus diplomatlarının ölkədən çıxarılması, Rusiyanın düşmən ölkələr siyahısına daxil edilməsi, Ramşteyn bazasında Ukraynaya dəstək konfransında iştirak və s. kriteriyalar nəzərə alınıb.
Məsələn, Gürcüstanda Ukraynaya dəstək üçün minlərlə insanın iştirakı ilə nümayişlər keçirilsə də, hökumətin işğalçı ölkəyə qarşı tədbir görməməsi diqqətdən qaçmayıb. Ona görə də Gürcüstan bu reytinqə daxil edilməyib.
Maksimum bal sayı 100-dür. 40-dan çox bal toplayan ölkələr dost hesab oluna bilər. Siyahıda ilk 10-luq aşağıdakı kimidir:
1. Polşa - 97 xal
Müharibənin ilk günlərindən Polşa hər şeyi etdi ki, ukraynalılar müharibənin dəhşətlərindən xilas ola bilsinlər. Martın 6 və 7-də qaçqın axını gündə 140 mini keçib və ümumilikdə ölkə 3,5 milyon ukraynalını qəbul edib.
Sərhəd keçidinin rəsmiləşdirilməsi mümkün qədər sadələşdirildi, hətta daxili pasportla da keçidə icazə verildi. Üstəlik, Polşa lazım olan qədər insanı qəbul etməyə hazır olduğunu bəyan edir. BMT-nin məlumatına görə, 2022-ci ilin dekabrına qədər 4,3 milyon ukraynalı Polşaya gedəcək, onlardan 2,6 milyonu bu ölkədə sığınacaq tapacaq.
Polşa təkcə immiqrantları xilas etmir. Ölkə 200 T-72 tankı da daxil olmaqla, Ukraynaya 3 milyard dollardan çox yardım edib və prezident Duda artıq iki dəfə Kiyevə səfər edib.
2. ABŞ - 96 xal
Aprel ayında ABŞ Konqresi Ukrayna üçün ümumilikdə 40 milyard dollarlıq iardım paketi ayrılmasını təsdiqləyib. Bundan əlavə, Almaniyada - Ramşteynindəki Amerika hərbi bazasında tarixi görüş baş tutdu və əslində Ukraynaya dəstək üçün yeni koalisiya yaradıldı.
3. Estoniya - 95 xal
Estoniya Ukraynaya xüsusi yardımda dünya liderlərindəndir. Hər bir ölkə vətəndaşı buna 200 dollar dövlət vəsaiti xərcləyib. Fevralın 26-da isə Rusiya səfirliyi qarşısında keçirilən mitinqə ölkə əhalisinin 2%-i gəlib.
4. Latviya - 94 xal
Latviya müdafiə büdcəsinin üçdə birini Ukraynanın silahlanmasına ayırıb. Yardımın bir hissəsi müharibədən əvvəl gəldi. Latviyadan zenit-raket kompleksləri, sursat və digər adı açıqlanmayan yüklər gətirən təyyarələrdən biri fevralın 23-ü axşam saatlarında Ukraynaya enib. Bundan əlavə, Riqa Kiyevə 11 sərnişin avtobusu təhvil verib.
5. Kanada - 88 xal
Kanada BVF-nin Dəstək Fonduna pul göndərən ilk ölkə oldu - 1 milyard Kanada dolları (790 milyon dollar). Ölkə ənənəvi olaraq müxtəlif sahələrdə təmsil olunan güclü diaspora sayəsində Ukraynanı dəstəkləyir. Xüsusən də baş nazirin müavini və maliyyə naziri vəzifəsini icra edən Kristia Frilandın təşəbbüsü ilə ölkə Ukraynaya 20 min haubitsa mərmisi verib.
6. Litva - 88 xal
Litva Ukraynanın Avropa İttifaqında ənənəvi tərəfdaşıdır. Ölkə rəsmi yardımla məhdudlaşmır. Mayın sonunda yerli telekanallardan birinin özəl təşəbbüsü ilə bir neçə gün ərzində “Bayraktar” pilotsuz uçan aparatı almaq üçün 5 milyon dollar toplanıb. Litvanın Ukraynanı dəstəkləyən poçt markasında qucaqlaşan iki insan fiquru təsvir edilib.
7. Böyük Britaniya - 88 xal
Britaniya anti-Rusiya koalisiyasının yaradılmasında həmişə tərəddüdsüz olub və bütün səviyyələrdə Ukraynanı güclü şəkildə dəstəkləyir.
8. Slovakiya - 82 xal
Slovakiya hərbi baxımdan böyük dəstək verir. Ölkə “S-300” hava hücumundan müdafiə sistemi, o cümlədən özüyeriyən artilleriya qurğuları, döyüş sursatları və sairləri Ukraynaya təhvil verib. Təsdiqlənməmiş məlumata görə, Slovakiya Ukraynaya MiQ-29 qırıcıları verəcək.
9. Çexiya - 81 xal
Çexiya Ukraynanı tanklar, piyadaların döyüş maşınları, çoxsaylı buraxılış raket sistemləri ilə təmin edir və xarab olmuş hərbi texnikamızı təmir edir.
10. Portuqaliya - 78 xal
Portuqaliya rusların Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb və onların baş naziri fevralın 24-dən sonra Kiyevə səfər edib. Ölkə 250 milyon avro məbləğində maliyyə dəstəyi göstərib, həmçinin, təsdiqlənməmiş məlumata görə, “Harpun” gəmi əleyhinə raketləri ötürüb.
Beləliklə, “Forbes”in siyahısından da göründüyü kimi, Azərbaycan Ukraynanın “ən böyük dostları” siyahısından yer almır. Amma inanırıq ki, ölkəmiz birinci və ikinci onluğa düşə bilməsə də, növbəti ilk sıraladan birini yer alacaq ölkələr sırasındadır. Çünki rəsmi Bakının və Azərbaycan xalqının da bütün mənalarda Ukraynanın və ukraynalıların yanında yer aldığı kimsəyə sirr deyil...
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya