Saat:07:15
Haqqımızda

“Azərbaycan üçün 2 böyük təhlükə varsa, biri Rusiya, digəri isə İrandır”

2022-10-26 15:09:00

“Azərbaycan üçün 2 böyük təhlükə varsa, biri Rusiya, digəri isə İrandır”

“Bu, bəlkə də bir az gecikmiş bir addımdır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP sədri yaxın 10 gündə İran agenturasına qarşı Azərbaycanda xüsusi əməliyyatların başlayacağı ilə bağlı mətbuatda dərc olunan məlumatlara münasibət bildirib.

Onun sözlərinə görə, son vaxtlar İran Azərbaycanı həddən artıq şəkildə təhdid edir:

“Eləcə də bu dövlət Ermənistan və Rusiya ilə bir cəbhədən çıxış edir. Təbii ki, belə bir vəziyyətdə ölkə daxilində İrana xidmət edən qüvvələrin hamısı, o cümlədən də Rusiyanın Azərbaycandakı dayaqları neytrallaşdırılmalıdır”.

Çıxış yollarından söz açan S. Cəlaloğlu onu da əlavə edib ki, rus mədəniyyət mərkəzləri bağlanmalı, Azərbaycanda Rusiyaya xidmət edən adamlar isə hakimiyyətdən uzaqlaşlaşdırılmalıdır.

Müxalifətçinin iddiasına əsasən, Azərbaycan dövlətinin 2 böyük təhlükəsi varsa, onu biri Rusiyadır, digəri isə İrandan gəlir.

Müsahibimiz onu da qeyd edib ki, İran daha çox dini kəsimdə öz təsirini təmin edib, Rusiya isə hakimiyyətdə dairələrində öz təsir gücünü yaradıb:

“Bu baxımdan, mənə elə gəlir ki, hər iki dövlətin Azərbaycandakı təsir dairələrinə qarşı çox ciddi addımlar atılmalıdır. Əks halda, Azərbaycan çox ciddi problemlərlə üzləşə bilər”.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə onda belə bir informasiyanın mövcud olmadığını dilə gətirərək bəyan edib ki, əgər belə bir agentura varsa, bu məsələni təcili olaraq xüsusi xidmət orqanlarının öhdəsinə buraxmaq lazımdır:

“Bu, onların birbaşa vəzifəsidir. Həmçinin, bunlar xüsusi məlumatlardır və bunun olub-olmamasını müəyyənləşdirmək çətindir. Ona görə də mən proqnoz verməyi doğru saymıram ki, bu olacaq, ya yox. Çünki bu, artıq xüsusi xidmət orqanlarının səlahiyyətinə aid olan məsələdir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR