Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? - Məbləğ

2023-02-21 21:38:00

Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? - Məbləğ

Baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 21 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardımların sayı açıqlanıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter hesabında məlumat verilib.

XİN-in məlumatına görə, qardaş ölkəyə zəruri ləvazimatlarla yanaşı, 24 900 000 manat maddi yardım da edilib.

Bu məbləğdə hökumət, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maddi yardım öz əksini tapıb.

Təqdim olunan siyahıda isə fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.

Azərbaycan Türkiyəyə nə qədər maddi yardım edib? -  Məbləğ


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162585