Saat:02:59
Haqqımızda

"Azərbaycan türkçəsi Güneydə dövlət dilinə çevriləcək" - XAQANİ CƏFƏRLİ

2022-12-07 13:51:00

"Bu proses Azərbaycan mədəniyyətinin və ədəbiyyatının intibahına səbəb olacaq, bir neçə on illiklər keçəcək və Azərbaycan türkcəsi çox böyük bir çoğrafiyada ortaq dilə çevriləcək!"

"Şirin Təbriz ləhcəsində "Azadlıq", "Ədalət", "Milli hökumət" şüarını eşitməkdən doymadığımız bu günlərdə Azərbaycan türkcəsi ikinci dəfə doğulur. Bu hadisəni 1362-ci ildə tarixdə ilk dəfə Vestminsterdə, Parlamentdə Kral Dördüncü Henrinin ingilis dilində etdiyi çıxşı ilə müqayisə etmək olar. İngilis dilinin ikinci doğuluş tarixi məhz həmin 1362-ci il hesab olunur. Fransız dilinin saray və ədəbiyyatdan sıxışdırıb çıxardığı ingilis dili üç yüz il, XI, XII və XIII əsrlədə ancaq kəndlilərin və tacirlərin danışıq dili idi. Dövlət və ədəbiyyat işlərindən uzun müddətli kənarlaşdırılma ingilis dilinin yazılı ənənəsinin itirilməsinə gətirib çıxarmışdı. Lakin üç əsr sonra ingilis dili yenidən doğuldu. İngilis poeziyasının banisi Cefri Çoser (Geoffrey Chaucer) Kenterberi Nağılları (The Canterbury Tales) ilə ingilis ədəbiyyatının təməlini qoydu. Bu gün ingilis dili yeganə universal dünya dildir. Dünyada 1.5 milyard insan ingilis dilində danışır". Hurriyyet.az xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Politoloq əlavə edib ki, "Azadlıq", "Ədalət", "Milli hökumət" şüarı ilə əsası qoyulan proses nəticəsində Azərbaycan türkçəsi Güney Azərbaycanda kəndli və tacirlərin dili olmaqdan qurtularaq dövlət dilinə çevriləcək: "Bu proses Azərbaycan mədəniyyətinin və ədəbiyyatının intibahına səbəb olacaq. Bir neçə on illiklər keçəcək və Azərbaycan türkcəsi çox böyük bir çoğrafiyada ortaq dilə çevriləcək!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR