Azərbaycan təzyiq göstərsə, Rusiya göz yumacaq

2022-09-19 15:29:00

Azərbaycan təzyiq göstərsə, Rusiya göz yumacaq

Pelosinin İrəvandakı bəyanatları və onun çağırışları faktiki olaraq Ermənistan və Azərbaycan arasında gərginləşməni daha da dönməz hala gətirdi. Eyni zamanda o, Türkiyəyə qarşı ciddi hücumlar edərək, Ankara ilə İrəvan arasında incə dialoqu praktiki olaraq pozub. Üstəlik, onun səfəri Rusiya-Ermənistan münasibətlərinə də ölümcül zərbə vurdu.

Hurriyyet.az xəbər verir ki, bu fikirləri azərbaycanlı tarixçi, siyasi şərhçi Rizvan Hüseynov deyib.

“Qoca Şapoklyak bir səfərlə Ermənistanı bu cür problemlərə salmağı bacardı. Hansı ki, bu, Cənubi Qafqazda Ermənistanın dövlətçiliyini itirməsinə səbəb ola bilər. Ən azından indi Azərbaycan və Türkiyə Ermənistana tam təzyiq göstərərsə, Rusiya buna göz yumacaq. O zaman İrəvan qışqırıb Pelosini köməyə çağırmağa başlayacaq. Amma qoca Şapoklyak artıq hakimiyyətdə olmayacaq və ən çox sevdiyi Ermənistanın ünvanına aktyor kimi acı göz yaşı tökəcək”, - ekspert deyib.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000104