"Azərbaycan tarixi" və "İnformatika" fənləri bütün ixtisas qruplarına əlavə edilə bilər? - VİDEO

2022-11-23 22:13:00

"Azərbaycan tarixi" və "İnformatika" fənləri qəbul imtahanları zamanı bütün ixtisas qruplarına əlavə edilə bilər.

Hurriyyet.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə, eləcə də təhsil ekspertləri arasında müzakirələr aparılır.

Mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, ali məktəblərə qəbul imtahanı zamanı bütün ixtisas qruplarına "Azərbaycan tarixi" və "İnformatika" fənlərinin əlavə edilməsi abituriyentlərin işini daha da çətinləşdirə bilər.

Ekspert vurğulayıb ki, bəzi xarici ölkələrdə qəbul imtahanı prosesi ölkəmizdəki sistemlə müqayisədə daha asan hesab edilir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, "Azərbaycan tarixi" və "İnformatika" fənlərinin bütün ixtisas qruplarına salınması məsələsi hazırda müzakirə mövzusu deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.252706