"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın müdafiə sistemini çökdürüb..." - DETALLAR

2023-01-21 16:48:00

Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edəndən sonra möhtəşəm Qələbəsini Bakıda keçirilən Hərbi Paradla rəsmiləşdirdi. Müharibədən sonrakı dövrdə də erməni ordusunun dəfələrlə törətdiyi təxribatlar Ermənistanın ərazi, texnika və şəxsi heyət itkiləri ilə müşahidə olunub. Artıq Ermənistanın fərari ordusuna malik olması kimsədə, o cümlədən Ermənistandakı mütəxəssislərdə belə şübhə doğurmur. Hazırda Ermənistanın ən böyük problemi müdafiə və təhlükəsizliklə bağlıdır.

Keçən gün Ermənistan ordusunun 15 nəfərdən ibarət mühəndis-istehkam bölüyünə aid şəxsi heyətin Göycə mahalının Ağkilsə kəndi ərazisində diri-diri yanması ümumilikdə Ermənistanın müdafiə sisteminin real göstəricisidir. Araşdırmalardan məlum olur ki, bölmənin şəxsi heyəti Aşıq Ələsgərin doğulduğu kənddə 40 kv. metrlik evi yerli əhalidən kirayəyə götürüblər. Mühəndis istehkam bölüyü 44 günlük müharibədə Azərbaycan Ordusunun əks hücumları qarşısında tab gətirməyərək döyüş mövqelərini tərk edərək geri çəkiliblər. Bir də onda ayılıblar ki, Ağdam, Füzuli, Cəbrayıl, Şuşa geridə qalıb və onlar artıq Qərbi Zəngəzurdadırlar. Erməni fərarilərə Ağkilsədə yaşayan ermənilər də qucaq açmayıblar. Onlara 40 km tövləyə bənzəyən gələcək qəbir evini yerli ermənilər ödəniş qarşılığında kirayəyə veriblər. 2 il ərzində fərari ordusunun hərbçilər insan yaşayışı üçün uyğun olmayan bu evdə yaşayıblar. İndi isə Ermənistanın hərbi-siyasi rəhbərliyi özünü elə aparır ki, guya bundan kimsənin xəbəri olmayıb. Yalandır, hətta ağ yalandır. Çünki, Ermənistan ordusunda son 5 ildə, yəni N.Paşinyan hakimiyyətə gələndən sonra 5 dəfə müdafiə naziri, 5 dəfə də baş qərargah rəisi dəyişdirilib. Bu yangın hadisəsi də yəqin ki, rəqəmlərin dəyişməsinə gətirib çıxaracaq.

Son yangın hadisəsində 15 erməni əsgəri kirayə qaldıqları 40 kv.m-lik evdə yanaraq kül olub. 3 nəfər, o cümlədən bölük komandiri isə ağır əziyyətdədir. Əslində oxşar hadisə bir neçə ay əvvəl də baş vermişdi, lakin o zaman itkilər daha az olmuşdu. Ört basdır etdilər, indi isə daha böyük fəlakət qaçılmaz oldu.

Son hadisədən bir neçə gün keçib, hələ də nə Ermənistanın baş naziri, nə müdafiə naziri, nə baş qərargah rəisi, nə də fövqaladə hallar naziri hadisə yerinə getməyib. Belə bir münasibət Ermənistanın bütün müdafiə sisteminin vəziyyətindən xəbər verir. Bu bölmənin daxil olduğu 2-ci korpusun komandiri də son beş ildə üçüncü dəfə dəyişir, MN və BQR isə 5 dəfə dəyişir, amma bu erməni hərbçilərin mənzil-məişət şəraitinə təsir etmir. Siyasi rəhbərlik isə günahı həmin tövlədə yaşayan hərbçilərdə axrtarmağa çalışır, bu isə Ermənistanın müdafiə nazirliyinin maraqlarına uyğun gəlir. Əslində isə günahı bu bölmələrin özündə deyil, onları yoxlamağa gələn, bu bölmələrə və ümumiklikdə erməni ordusuna cavabdeh olan hərbi-siyasi rəhbərlərdə axtarmaq lazımdır. Çünki, Ermənistan dövləti əsgərlər üçün minimum normal yaşayış şəraitini, xüsusən də yaşayış sahəsinin təhlükəsiz qızdırılmasını təmin etmirsə, bunun bölük komandiri kimi kiçik vəzifəli zabitin şəxsi məsuliyyəti olduğunu iddia etmək absurddur. Bu məsələdə məsuliyyət ölkənin hərbi-siyasi rəhbərliyinin, korpusun komandirinin, onun maddi-texniki təminat üzrə müavinin və mühəndis xidmətinin rəisinin üzərinə düşür.

Vətən Müharibəsində məğlubiyyətdən sonra əvvəlki mövqelərini tərk edən fərari ordusunun mənzil fondunin əksəriyyəti bərbad vəziyyətdədir. 21 nəfər erməni əsgəri cəmisi 40 kv.m sahədə xidmət etməyə məhkum edən Ermənistan hakimiyyəti, Hindistandan silah alınmasına dair mediaya xəbərlər sızdırmaq əvəzinə, qaraçı günündə xidmət edən erməni əsgərlərə heç olmasa insanın yaşaya biləcəyi minimum şəraiti təmin etməlidir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin hadisə ilə bağlı 3-5 nəfər aşağı vəzifəlini “günah keçisi” təyin etməsi və onları vəzifədən azad etməsi, fərari ordusunda müsbət dəyişikliklərə səbəb olmayacaq. Çünki, qəhrəman Azərbaycan Silahlı Qüvvələri fərari erməni ordusu ilə bərabər ümumilikdə Ermənistanın müdafiə sistemini də çökdürüb. Bundan sonrakı vəzifəmiz bu sistemin bərpasına imkan verməməkdən ibarət olmalıdır.

moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.170695