Azərbaycan səfirliyinə hücum edən “Mehdi nökərləri”nin lideri kimdir? - DOSYE

2022-08-05 11:21:00

Azərbaycan səfirliyinə hücum edən “Mehdi nökərləri”nin lideri kimdir? - DOSYE

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Hurriyyet.az xəbər verir ki, hücumun məsuliyyətini “Mehdinin nökərləri” radikal dini qruplaşması öz üzərinə götürüb.

Əldə edilən məlumata görə, təşkilatın lideri Yasir Yəhya Abdullah əl-Həbibdir.

Yasir Yəhya Abdullah əl-Həbib (ərəb. ياسر يحيى عبد الله الحبيب‎) Məhəmməd peyğəmbərin səhabələrini tənqid etməklə tanınan şiə ruhanisidir. İranda müsəlmanlar arasında nifrəti qızışdırdığı üçün onun çıxışlarına qulaq asmaq qadağandır.

Məhkumluq və əfv

1979-cu ildə Küveyt şəhərində anadan olub. Hələ Küveyt Universitetində oxuyarkən İslamın ilkin tarixi ilə bağlı fikirləri ilə məşhurlaşır, nəticədə 2003-cü ilin dekabrında Məhəmməd peyğəmbərin səhabələri – Əbu Bəkr, Ömər, Aişə və ona böhtan atmaqda ittiham edilərək həbs olunub və on il müddətinə azadlıqdan məhrum edilib. Ancaq artıq 2004-cü ilin fevralında Küveytin azad edilməsi şərəfinə milli bayram münasibətilə həbsdən buraxılıb. Bundan sonra Yasir əl-Həbib əvvəlcə İraqa, daha sonra İrana köçüb, sonra isə Böyük Britaniyadan siyasi sığınacaq istəyib. Yasir əl-Həbib özü sonradan azadlığa çıxmasını belə təsvir edir:

“Oraya çatanda gördüm ki, bir polis məmuru əlində bir neçə ad yazılmış kağız parçası tutub və o, məndən “Sən Yasir əl-Həbibsən” deyə soruşdu. “Bəli” deyə cavab verdim. “Siz Qurtuluş Günü münasibətilə əmir tərəfindən əfv olundunuz, sadəcə olaraq 1000 Küveyt dinarı məbləğində cərimə ödəmək kifayətdir”.

2004-cü ilin dekabrından Böyük Britaniyada yaşayır.

Dini baxışları

Yasir əl-Həbib hələ Küveytdə işləyərkən Məhəmmədin qızı Fatimənin ölümündə Əbu Bəkr, Ömər, Aişə və başqalarının əli olduğuna inanırdı. Artıq Böyük Britaniyada belə əsərlər nəşr etdirib:

Məhəmməd peyğəmbəri kim öldürdü?

Niyə şiələr Ömər ibn əl-Xəttaba nifrət edirlər?

Küveytin “Əl-Şaab” qəzeti Yasir əl-Həbibi “xain və mürtəd” adlandıran məqalə dərc edib.

Vəhabilik haqqında

Yaser əl-Həbib hesab edir ki, vəhabilik “üç əsr əvvəl ruhi xəstə olan bir şəxs tərəfindən əsası qoyulmuş cinayət və zorakılıq ideologiyasıdır. Bu hərəkatın əsas nəzəriyyəsi budur ki, Allahın seçilmişlərinə təvəssül edən və onların qəbirlərini ziyarət edən müsəlmanlar kafir və müşrikdirlər. Beləliklə, onların mallarının, canlarının və qadınlarının ələ keçirilməsi caiz olduğu kimi, digər kafirlərə qarşı da qanuni və caizdir”.

Fəaliyyəti

2010-cu ilin iyununda Yasir əl-Həbibin ofisi Londonda yeni binaya köçür və orada din xadiminin işi davam edir və açılış mərasimində o, bir daha öz mövqeyini təkrarlayır: “Biz heç vaxt Əbu Bəkr və Ömərə xeyirxahlıq etməyəcəyik. Bütün qövmlər Fatimə ehtiramından üz çevirdi”.

2010-cu ilin sentyabrında Küveyt hökuməti Yasir əl-Həbibin ekstradisiyası üçün İnterpola müraciət etsə də, bu sorğu “dini və məzhəbçilik təqiblər üçün əsas deyil” ifadəsi ilə rədd edilib. Buna cavab olaraq sentyabrın 20-də Yasir əl-Həbib Küveyt vətəndaşlığından məhrum edilib./Qaynarinfo/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053953