“Azərbaycan, Rusiya və İran Ermənistana XƏBƏRDARLIQ edir” - Nahapetyan
“Paşinyan 2 aya Aİ müşahidəçilərini gətirdi, daha sonra onların müddəti uzadıldı, lakin onların hamısı əslində xüsusi xidmət orqanlarının nümayəndələri, kəşfiyyatçılardır”.
Hurriyyet.az Caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Hayk Nahapetyan danışıb.
Onun sözlərinə görə, bu yaxınlarda keçirilən ABŞ-Ermənistan təlimləri zamanı Ermənistana Pentaqonun 101-ci diviziyasının xüsusi təyinatlıları gəlib və onlardan nə qədərinin qalması başqa məsələdir: “Bundan başqa, orada özünü Xilasetmə Xidmətinin üzvləri də var idi, onlar da əslində NATO-nun nümayəndələri olub”.
“Əslində, Paşinyan tədricən bura NATO üzvü olan ölkələrdən müxtəlif kadrları dəvət edir. Onlar burada müəyyən funksiyaları yerinə yetirməlidirlər və bu məxfilik qrifi ilə fəaliyyət göstərirlər. Fransa ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişə gəlincə, Ermənistan təkcə silah almır, həm də onların kadrlarını ölkəyə yerləşdirir. Belə çıxır ki, Paşinyan kollektiv Qərbi və NATO-nu regiona gətirir. İran, Rusiya və Azərbaycan buna görə Ermənistana xəbərdarlıq edir”, - deyə ekspert bildirib.
Musavat.com