Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona riayət - RAHİB ZEYNALOV YAZIR

2022-04-19 15:38:00

Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona riayət - RAHİB ZEYNALOV YAZIR

Konstitusiya yenidən işlənilməli, Milli Məclis buraxılmalı, yeni seçkilər keçirilməlidir...

Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı (maddə 94).

AR Konstitusiyasının hüquqi qüvvəsi

I. AR-nın Konstitusiyası AR-da ən yüksək hüquqi qüvvəyə malikdir.

II. AR-nın Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III. AR-nın Konstitusiyası AR-nın qanunvericilik sisteminin əsasıdır (maddə 147).

I. AR-nın qanunvericilik sisteminə daxil olan aktlar

1) Konstitusiya;

2) referendumla qəbul edilmiş aktlar;

3) qanunlar;

4) fərmanlar;

5) AR Nazirlər Kabinetinin qərarları;

6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

II. AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr AR-nın qanunvericilik sisteminin ayrılmaz hissəsidir.

III. Naxçıvan Muxtar Respublikasında, həm də NMR qanunları, NMR NK-nin qərarları hüquqi qüvvəyə malikdir.

IV. NMR-nın qanunvericilik sistemi AR-nın qanunvericilik sisteminə uyğun olmalıdır.

V. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər (maddə 148).

Normativ hüquqi aktlar

I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə, bərabər münasibətə) əsaslanmalıdır.

II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.

IV. AR prezidentinin fərmanları AR-nın Konstitusiyasına və qanunlara zidd olmamalıdır. Yalnız dərc olunmuş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.

VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. (maddə 149).

AR-nın qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (AR Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) AR-nın tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir(maddə 151).

Bəs, AR-da qanunvericilik sisteminə daxil olan aktlara riayət olunurmu?

Bu barədə fikirlərimi və təkliflərimi sizlərə bildirmək istəyirəm.

1. Konstitusiya

Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrinə aydınlıq gətirilməsi üçün AR Prezident Adminstrasiyasının “Qanunvericilik və hüquq ekspertizası məsələləri” şöbəsinin müdiri Şahin Əliyevə göndərdiyim 18.09.2019-cu il tarixli Müraciətim indiyə kimi cavabsız qalıb.

2. Referendum

AR-nın Konstitusiyası qəbul edildikdən sonra (1995) ona 3 dəfə: 24 avqust 2002, 18 mart 2009 və 26 sentyabr 2016-cı illərdə dəyişiklik edilmişdir.

24 avqust 2002-ci ildə keçirilən AR-nın referendum aktına görə 3-cü maddəyə aşağıdakı məzmunda III-hissə əlavə edilmişdir.

III. Aşağıdakı maddələr üzrə referendum keçirilə bilməz:

1) vergilər və dövlət büdcəsi;

2) amnistiya və əfv etmə;

3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Bu səbəbdən AR-nın 26 sentyabr 2016-cı il tarixli referendum aktına əlavə edilmiş 1031, 105-ci maddənin 1-ci hissəsi və 1061 maddələri AR Konstitusiyasının 3-cü maddəsinin III.3 bəndinə ziddir.

3. Qanunlar

AR-ı Konstitusiyasının qanunvericilik hakimiyyətini AR-nın Milli Məclisi həyata keçirir. (maddə 81).

AR-da bütün qanunlar AR prezidenti tərəfindən imzalanır. Qanunun MM tərəfindən nə vaxt qəbul olunması göstərilmir. Qanun imzalandıqdan sonra ölkə prezidentinin bu qanunun tətbiq edilməsi barədə fərmanı dərc olunur. Daha sonra qanunlara, həmçinin onun tətbiqi barədə fərmanlara dəyişikliklər təkrar olunur.

2.1. AR-nın “Büdcə sistemi haqqında” Qanun 2 iyul 2002-ci ildə, 358-IIQ nömrəli qanun ölkə prezidenti tərəfindən imzalanıb. 40 maddədən ibarət olan bu qanuna 2020-ci ilədək 127 dəyişiklik edilmişdir. Əsas odur ki, bu qanuna dəyişiklik edilərkən Konstitusiyanın 149.III maddəsi çox hallarda pozulur.

Misal. 13 may 2003-cü il tarixli 452-IIQD nömrəli AR-nın Qanunu ilə 1.1.5 maddə yeni redaksiyada – qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən hüquqi şəxs qismində təsis edilmiş və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik məqsədli maliyyə fondları.

Əvvəlki redaksiyada deyilirdi: - büdcədən kənar dövlət fondları – AR-nın müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondları.

Bu dəyişikliyi etməklə - dövlətə məxsus, lakin büdcə sisteminə daxil olmayan AR-nın Dövlət Neft Şirkəti mövcud olduğu halda dövlət büdcə sisteminə daxil olmayan AR-nın Dövlət Neft Fondunu təsis etmişlər. ARDNF-nu yaratmaqla ARDNŞ-nin AÇG neft yataqlarından pay bölgüsünə görə ARDNŞ-nə düşən pay birbaşa ARDNF-na köçürülür. Bu fondun gəlirləri və xərcləri ölkə prezidenti tərəfindən təyin edilir.

On ildə (2006-2016) ARDNF-nun AR prezidenti tərəfindən ayrılan gəlirlər 106 mlrd. 942 mln. 600 min AZN təşkil etmişdir.

Büdcə haqqına qanuna 5 aprel 2005-ci il tarixli 876-IIQD nömrəli AR-nın Qanununu ilə 6-cı maddənin adı yeni redaksiyada: “Dövlət büdcəsində, NMR-nın büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə, dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsində, AR-prezidentinin, NMR-büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər”. Əvvəlki redaksiyada deyilirdi: “6.1. Dövlət büdcəsində NMR-nın büdcəsində və ya yerli büdcələrdə nəzərdə tutulmayan xərclər və fövqəladə hallar üçün məbləği müəyyən edilən ehtiyat fondu yaradılır”.

O vaxtdan indiyədək dövlət büdcəsindən hər il müəyyən məbləğdə ehtiyat fondları ayrılır. Məsələn, 2021-ci ildə dövlət büdcəsindən ehtiyat fondlarına – 585.000.000,0 manat, o cümlədən

- AR prezidentinin ehtiyat fondu – 475.000.000,0;

- Dövlət büdcəsinə ayrılan ehtiyat fondu – 2022-ci ildə - 628.000.000,0 manat;

- AR prezidentinin ehtiyat fondu – 518.000.000,0 manat;

- Dövlət büdcəsinə ehtiyat fondu – 110.000.000,0 manatdır.

Göründüyü kimi “Büdcə sistemi haqqında” AR qanununa edilən qanuna zidd 2 dəyişiklik etməklə dövlət büdcəsinin gəlirlərinə hər il 10 (on) milyardlarla ziyan vurulur.

2.3. Əmək pensiyaları haqqında qanuna edilən dəyişikliklərin sayı 187-yə çatır.

2.4. Dövlət qulluğu haqqında AR-nın qanunu

Bu qanun AR Konstitusiyasının 12-ci maddəsi:

“Dövlətin ali məqsədi”, 24-cü maddəsinin I.II.III bəndləri, 25-ci maddəsinin “Bərabərlik hüquqları” maddələrini məhdudlaşdırır və Əmək Məcəlləsinə daban-dabana ziddir. Bu qanuna görə dövlət qulluqçularının andı onun şəxsiyyətinin alçaldılmasına, məddahlığa gətirib çıxarır.

3. AR prezidentinin fərmanları

AR prezidentinin bütün fərmanları və normativ hüquqi akt siyahısına daxil olmayan minlərlə sərəncamları Milli Məclis tərəfindən yoxlanılmadan dərc edilir və normativ akt kimi bütün vətəndaşlar, icra hakimiyyəti orqanları və fiziki şəxslər tərəfindən məcburi həyata keçirilir.

Ölkə prezidentinin iqtisadiyyat və sahibkarlıqla bağlı 01.01.2015-23.06.2017-ci illərdə imzaladığı 344 sayda fərmanları

3.1. AR prezidentinin 11 aprel 2016-cı il tarixli, Mənzil İnşaatı Dövlət Agentliyi haqqında imzaladığı fərman.

Fərmana görə “Mənzil İnşaatı Dövlət Agentliyi” (MİDA) ölkə prezidenti yanında təsis edilmişdir.

Bu fərmanla MİDA-nın əsasnaməsi, strukturu təsdiq edilmiş, Agentliyin işçilərinin ümumi sayı 60 ştat vahidi müəyyən edilmiş, AR prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. Cəmiyyətin nizamnamə kapitalı 10.000.000,0 (on milyon) manatdır. Cəmiyyətin yenidən təşkili və ləğvi AR prezidenti tərəfindən həyata keçirilir.

Fərmanda AR Nazirlər Kabinetinə tapşırıqları maraqlıdır.

Orada deyilir:

3.2. AR prezidentinin 03 oktyabr 2014-cü il tarixli sərəncamı ilə AR-nın Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilmişdir. Onun tabeliyində 18 qurum təsis edilmiş və AR prezidentinin tabeliyindədir.

2018-2020-ci illərdə dövlət büdcəsindən Kınd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait – 2 mlrd. 552 mln. 365 min 927,0 manat təşkil edir. Həmin illərdə nazirliyin ÜDM-da payı – 12,6% olmuşdur ki, bu da həcm etibarilə - 29.536.970,4 milyon manat təşkil edir.

AR Statistika Komitəsinin “Azərbaycan rəqəmlərdə-2021” kitabçasına görə kənd təsərrüfatı məhsulları istehsalı üzrə strukturu həmin illərdə aşağıdakı kimi olmuşdur:

- ÜDM-da kənd təsərrüfatı müəssisələri üzrə - 28,4%, yəni 8 mlrd. 388 mln. 499 min 593,6 manat;

- fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatı üzrə isə - 21 mlrd. 148 mln. 470 min 806,4 manat olmuşdur. Bununla belə Kənd Təsərrüfatı Nazirliyinə  3 ildə (2018-2020) ayrılan vəsaitdən (2 mlrd. 552 mln. 365 min 927,0 manat) fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatına vəsait ayrılmamışdır.

(Ardı var)

Rahib ZEYNALOV, 

Rusiya Mühəndislik Akademiyasının həqiqi, Azərbaycan Mühəndislik

Akademiyasının müxbir üzvü, t.e.d,, dosent


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya