Saat:05:06
Haqqımızda

Azərbaycan qırıcıları İranla sərhəddə uçuşlar edib? – Rəsmi

2025-06-13 14:27:20

Azərbaycan qırıcıları İranla sərhəddə uçuşlar edib? – Rəsmi

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən açıqlama verib.

Bildirmək istərdik ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.155496