Azərbaycan qılıncoynadanları İslam Həmrəyliyi Oyunlarının qalibi oldular
2022-08-17 17:46:00
Hurriyyet.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, V İslam Həmrəyliyi Oyunlarının qılıncoynatma yarışlarında şpaqa üzrə kişilərdən ibarət milli komandamız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Finalda Ruslan Həsənov, Barat Quliyev, Kənan Əliyev finalda İran yığmasını məğlub ediblər (45:35).
Bəlli olduğu kimi, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 56 ölkənin təmsilçilərinin iştirak elədiyi İslamiada sabah – avqustun 18-də başa çatacaq.
Hürr Tərcüman