Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi vasitəsilə Avropaya bərpa olunan enerji ixrac edəcək
2024-09-25 13:57:56
Azərbaycan, Qazaxıstan və Özbəkistanın iqtisadiyyat və energetika nazirləri anlaşma memorandumu imzalayıblar, ona əsasən bu üç ölkənin enerji təchizatı sistemləri birləşdiriləcək.
Layihənin məqsədi Xəzər dənizinin dibi ilə yaşıl enerjinin Avropaya ixracına imkan verəcək yüksək gərginlikli kabel xəttinin çəkilməsidir.
Saziş Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnvestisiya Forumunda imzalanıb. Memorandum çərçivəsində layihənin icrasının əsas aspektləri, o cümlədən maliyyələşdirmə, gəlir mənbələri və enerji dəhlizlərinə sahiblik məsələləri müzakirə edilib. Xəzər dənizinin dibi ilə dərin dəniz kabelinin çəkilməsi gələcək əməkdaşlıq və ölkələrin enerji sistemlərinin inteqrasiyası üçün mühüm addım olacaqdır.
Ülviyyə, Hurriyyet.az