Saat:14:26
Haqqımızda

Azərbaycan PUA-lı hücum gəmisi alarsa... - Rusiya imkan verəcəkmi...

2021-12-07 10:18:00

Azərbaycan PUA-lı hücum gəmisi alarsa... - Rusiya imkan verəcəkmi...

Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi almaq plandadır, hərbi ekspert isə hesab edir ki, “TCG Anadolu” gəmisinin uzunluğu Xəzərdə problem yarada bilər

Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi almağı planlaşdırır. Böyük üstünlükləri olan bu amfibiya gəmi gələn il istifadəyə verilə bilər.

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir belə deyib. Gəmiyə silahlı və silahsız pilotsuz uçuş aparatlarının quraşdırılması nəzərdə tutulur. Amma “bu gəmilərin Xəzərdə istifadəsi mümkün olacaqmı” sualı qarşıda durur. Düzdür, İran kimi etibarsız bir ölkə ilə su sərhədi olan Azərbaycanın özünün hərbi donanmasını bu cür müasir silahlarla zənginləşdirməsi olduqca vacibdir. Lakin həmin gəminin ölçüləri, imkanları və Xəzərdə istifadə qaydaları hesablanmalıdır.

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan hərbi dəniz qüvvələri öz imkanlarına görə Xəzərdə zəif hesab olunmur: “Sovet ittifaqı dağılanda bizim hərbi dəniz qüvvələrinə 70-dən artıq gəmi, karter və başqa vasitələri miras qaldı. Ötən dövrdə bəzisi öz dövrün keçdiyi üçün utilizasiya edildi, bəziləri modernləşdirildi, əsaslı təmir edildi və hazırda da istifadə olunur. Bundan başqa, dəniz məkanının mühafizəsinin təmin olunması üçün Dövlət Sərhəd Xidmətinin sahil mühafizə birləşməsi yaradıldı. Burada çox uzun olmayan, 40-50 metrəyə qədər gəmilər istifadəyə verildi”.

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10  min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Ramil Məmmədli

R.Məmmədli hesab edir ki, bu gün təbii olaraq hərbi dəniz qüvvələrinin yenilənməsinə ehtiyac var: “Ancaq bir günün işi deyil, daha geniş material və zaman tələb edir. Azərbaycanın Xəzərdə üstünlük əldə etməsinin vacibliyi enerji təhlükəsizliyi məsələsidir. Sadəcə, Xəzərdə gözəgörünməz nəzarət var və bu da Rusiyaya məxsusdur. Rusiya hər hansı ölkənin Xəzərdə güclənməsinin tərəfdarı deyil, buna mane olur. O ki qaldı İrana,  o, Xəzərdə güclü oyunçu sayılmaz. Türkmənistan isə bəzi layihələr həyata keçirir, artıq raket-artilleriya gəmiləri var, Qazaxıstan da almaz-zenit gəmi inşası zavodunda işlər görür, bəzi gəmilər tikib. Amma heç biri Rusiyanın Xəzərdə hərbi gücünə gəlib çatmaz”.

Hərbi ekspertin fikrincə, Türkiyədən alınması nəzərdə tutulan “TCG Anadolu” gəmisinin təyinatı təyyarə daşımaqdır: “Aviadaşıyıcı gəmidir. Türkiyə bu məqsədlə layihələndirib. Amma Rusiya ilə hərbi-strateji əməkdaşlığa başlayandan sonra Amerika ona “F35” təyyarələrini verməkdən imtin etdi və burada boşluq yarandı. Türkiyə həmin boşluğu doldurmaq üçün təyyarə layihəsinin icrasına start verdi. Ona görə “Anadolu” gəmisi aviasiya vasitəsilə təmin olunmalı idi. Hazırda “Baykar” şirkətinə sifariş edilib və işlər aparılır. Ancaq birmənalı şəkildə deyirəm ki, həmin gəminin uzunluğu 230 metrdən çoxdur, eləcə də eni çoxdur. Yəni dəniz gəmisi deyil. Onun istifadəsi Xəzərdə çətinlik yaradacaq, dənizin hövzəsi, dərinliyi bu gəmilər üçün problem ola bilər. O halda gərək dəniz üçün layihə olsun. Amma Rusiya Azərbaycan üçün gəminin inşasına ya imkan verməyəcək, ya da özü başqa təklif irəli sürəcək".

Qeyd edək ki, Azərbaycan HDQ-nin yardımçı donanması 20-dən artıq müxtəlif gəmilərdən ibarətdir. Onlar arasında 10470 layihəli tanker, 1844 layihəli kiçik baza tankeri, 871 və 872 layihəli 2 ədəd kiçik hidroqrafik gəmi (Polşa istehsalı), 1893 layihəli 2 ədəd yanğınəleyhinə (PJS551 və PJS-552) gəmi də var. Yardımçı donanmaya 364 layihəli (keçmiş PJK-12 və PJK-179) 2 ədəd yanğınəleyhinə kater, 1172 layihəli kiçik kabel gəmisi (keçmiş “Emba”, Finlandiya istehsalı) və SK-620 layihəli sanitar-hospital kateri (12 yerlik lazaret, Polşa layihəsi) də daxildir. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə briqadası da mövcuddur. Bu briqadaya ABŞ-ın Sərhəd Mühafizəsi 2001-ci ildə S-201 patrul kateri (“S” seriyalı “Point Brower”), 48 futluq “Silver Shir” tipli 3 patrul kateri bağışlayıb.

Azərbaycan Türkiyədən təlim təyyarəsi və PUA-lı hücum gəmisi ala bilər |  KONKRET

Bu gün Azərbaycan HDQ-nin kadr təminatını Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Bu sahədə Azərbaycana Türkiyənin HDQ və onun hərbi mütəxəssisləri kömək göstərirlər. Hazırda AAHDM Amerikanın Sahil Mühafizəsi Akademiyası ilə əməkdaşlıq edir.

Dənizçi zabitlərin ixtisaslarının artırılması məqsədilə 2003-cü ildən AAHDM-in nəzdində gəmi şturmanı, suüstü gəmilərin silahları, suüstü gəmilərin rabitə və radiotexniki vasitələri, gəmi-dizel və dizel-elektrik enerji qurğuları ixtisasları üzrə 10 aylıq zabitlər kursu fəaliyyət göstərir.

Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA  istehsalçısı Baykar (HƏRBİ EKSPERT) - I HİSSƏ

Azərbaycanla ABŞ arasında imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində də əsas yeri Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsi tutur. İş Planı çərçivəsində Azərbaycan HDQ-nin xüsusi təyinatlılarına xüsusi hərbi dəniz əməliyyatları, dəniz enerji infrastrukturlarının təhlükəsizliyini təmin etmək, minadan təmizləmə əməliyyatları, HDQ xüsusi təyinatlılarının Xəzər dənizində istənilən şəraitdə gəminin yoxlanılması, gəmiyə daxil olma, axtarış və zəbt etmə əməliyyatlarına hazırlamaq, sualtı əməliyyatlar və sahilyanı kəşfiyyat həyata keçirmək imkanı və s. sahədə təlimlər keçirilir.

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR