Azərbaycan prezidentinin nümayəndəsi ABŞ-da bir sıra görüşlər keçirib
2024-08-01 11:58:14

Azərbaycan Prezidentinin xüsusi təyinatlı nümayəndəsi Elçin Əmirbəyov ABŞ-a səfəri çərçivəsində Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Karpenter, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi O`Brayen və onun müavini Yuri Kim, müdafiə nazirinin köməkçisinin müavini Kuper və respublikaçı senator Riketts ilə görüşüb.
Görüşdə Azərbaycan və Ermənistan arasında sülh prosesi, o cümlədən Azərbaycan-Amerika əməkdaşlığının ikitərəfli gündəliyi müzakirə edilib.
Elçin Əmirbəyov həmçinin ABŞ Sülh İnstitutunun təşkil etdiyi dəyirmi masada tanınmış “beyin trestləri”nin nümayəndələri ilə də görüşüb.
Ülviyyə, Hurriyyet.az
