"Azərbaycan öz təhlükəsizliyini və ədaləti mütləq şəkildə Göyçədə, Zəngəzurda təmin edəcək" - ZAUR MƏMMƏDOV

2022-06-03 11:54:00

"Ağıllarını başlarına yığmasalar qondarma Ermənistan Respublikasına verilən qeyri-qanuni ərazilər sahibinə geri qaytarılacaq"

"Qondarma qurumun qorxaq və onun-bunun arxasında gizlənən nümayəndələri beynəlxalq səviyyədə hansısa tanınmadan danışırlar. Onlar yaxşı başa düşməlidirlər ki, necə ki Sarkisyan verdiyi sözə əməl etmədi və cəzalandı, necə ki, Paşinyan çaşmağına görə aşırdırıldı, indi də ağıllarını başlarına yığmasalar qondarma Ermənistan Respublikasına verilən qeyri-qanuni ərazilər sahibinə geri qaytarılacaq". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbəri onu da bildirib ki, hazırkı qlobal prosesləri nəzərə alsaq, 1920-ci ildəki Ararat Respublikası ilə 1991-ci ildəki Ermənistan Respublikası arasındakı fərq göz önündədir: "Həmin torpaqlar XXI əsrdə Azərbaycana qayıdacaq. Azərbaycan öz təhlükəsizliyini və ədaləti mütləq şəkildə Göyçədə, Zəngəzurda təmin edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya