Saat:13:15
Haqqımızda

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb?

2024-05-11 17:49:32

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb?

Azərbaycan ötən il Rusiyadan 3,5 milyon dollarlıq araq alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentlik statistik məlumatlara əsasən hesablayıb ki, ötən il Qazaxıstan Rusiya arağının ən böyük idxalçısı kimi adını qoruyub. 

Ümumilikdə, ötən il Rusiya xaricə 59,7 milyon dollar dəyərində araq satıb. Qazaxıstan Rusiya arağının ən böyük idxalçıları siyahısında birinci yeri qoruyub, lakin 2022-ci illə müqayisədə bu məbləğ 26% azalıb.

İdxalın artması İsraili reytinqdə ikinci yerə qaldırıb. Bir il əvvəl bu ölkə üçüncü yerdə idi. İl ərzində ölkə rus arağının alışını 42% - 12 milyon dollara qədər artırıb.

Üçüncü yerdə 4,5 milyon dollar istehlakla Ermənistan qərarlaşıb. Dördüncü və beşinci yerləri Gürcüstan (3,9 milyon dollar) və Azərbaycan (3,5 milyon dollar) tutub.

2022-ci ildə Rusiyanın araq ixracı nəzərəçarpacaq dərəcədə artaraq, 141,7 milyon dollara çatıb. Buna səbəb əsasən Avropa ölkələri olub. Ən böyük istehlakçılar Latviya, Almaniya və Böyük Britaniya kimi ölkələrdir. Amma sonra növbəti sanksiyalar paketi çərçivəsində Rusiya arağının idxalı qadağan edilib.

qaynarinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215072