“Azərbaycan Ordusu Şuşaya necə girdi, onlar şəhərə havadanmı endilər?” – Erməni politoloq

2022-08-31 21:12:00

“Azərbaycan Ordusu Şuşaya necə girdi, onlar şəhərə havadanmı endilər?” – Erməni politoloq

“Azərbaycan Ordusu Şuşaya necə, nə vaxt və nə üçün girə bildi? Onlar şəhərə yəni havadanmı eniblər?”.

Bunu politoloq, Cənubi Qafqazın geosiyasəti üzrə ekspert Anjela Elibeqova Facebook səhifəsində yazıb.

O, Azərbaycan ordusunun Şuşaya necə, nə vaxt girdiyindən hələ də şokda olduğunu bildirib:

1. Müharibənin hazırlıq mərhələsində kim cinayət səhlənkarlığı göstərdi?
2. Orduda əsas vəzifələrə təyinat məsələsində – hazırlıq mərhələsində yanlış kadr siyasətini kim aparıb?
3. Silah alışı planını kim pozdu?
4. Qoşunların yerləşdirilməsi əmrini kim verib?
5. Crakana (Cəbrayıl) istiqamətində hadisələrə kim cavabdehdir?
6. Hadrut, Kovsakan (Zəngilan), Sanasar (Qubadlı), Varandanın (Füzuli) müdafiəsini kim təşkil edib?

Növbə ilə əvvəlcə bu suallara cavab verin: Azərbaycan ordusu Şuşaya necə, nə vaxt və nə üçün girdi? Onlar şəhərə havadanmı  eniblər? Niyə birdən belə ağıllı və cəld olmağa qərar verdilər – sondan başlayın”.\\Konkret


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056257