Saat:01:32
Haqqımızda

"Azərbaycan ordusu sosial şəbəkə "ekspert"lərinin hədəfinə çevrilib" - ELÇİN MİRZƏBƏYLİ

2021-08-05 14:08:00

"Sinəsi qundaq görməyənlər hərb sənətinin, ən müasir hərbi texnika və silah-sursatın "sağından vurub, solundan çıxırlar""

"Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi dövründə sosial şəbəkələrdə yayılan dezinformasiya xarakterli məlumatlar əsasında edilən paylaşımların doğurduğu fəsadlar, görünür bəziləri üçün yetərli olmayıb. Yenə də Azərbaycan ordusu sosial şəbəkə “ekspert”lərinin, qaradan başqa rəng tanımayanların, kin və aqressiyalarını püskürmək üçün ünvan axtaranların hədəfinə çevrilib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər siyasi ekspert Elçin Mirzəbəyliyə məxsusdur.

Peşəkarlar susduqca diletantların meydan suladığını vurğulayan ekspertin sözlərinə görə, sinəsi qundaq görməyənlər hərb sənətinin, ən müasir hərbi texnika və silah-sursatın "sağından vurub, solundan çıxırlar". O qeyd edib ki, bizə tariximizin ən böyük qələbəsini yaşadan, qürurumuzu üzçrəngli bayrağımız kimi göylərə qaldıran müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın müəyyənləşdirdiyi strateji inkişaf planına uyğun olaraq genişlənir və tamamilə yeni bir mərhələyə qədəm qoyur: "Azərbaycan Ordusu dünyanın ən güclü hərbi birləşmələrindən sayılan Türkiyə Silahlı Qüvvələrinin modelində yenidən formalaşdırılır. Bütün dövrlər üçün ölkənin və bölgənin təhlükəsizliyini təmin edə biləcək hala gətirilir. Bu baxımdan, yüksək peşəkarlar tərəfindən həyata keçirilən prosesi dəstəkləməyin ən doğru yolu, verilən qərarların ətrafında əsassız iddialarla müşayiət olunan müzakirələr açmadan nəticəni gözləməkdən ibarətdir. Əks təqdirdə pusquda dayanan hiyləgər düşmənə ağır məğlubiyyətdən doğan sarsıntıdan çıxmaq imkanı yaratmış oluruq. Elə bir imkan ki, Ermənistanın kapitulyasiyasından sonra, bu ölkənin ənənəvi və qeyri-ənənəvi himayəçiləri də buna nail ola bilməyiblər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR