Saat:15:50
Haqqımızda

Azərbaycan Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyətini əks etdirən məlumatlar ICIC-in xüsusi buraxılış bülletenində yer alıb

2025-11-21 13:55:06

Azərbaycan Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyətini əks etdirən məlumatlar ICIC-in xüsusi buraxılış bülletenində yer alıb

2025-ci ildə 28 sentyabr tarixinin UNESCO tərəfindən Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı günü kimi elan edilməsinin 10 illiyi qeyd olunub. İnformasiya Komissarlarının Beynəlxalq Konfransı (ICIC) tərəfindən bu əlamətdar günü qeyd etmək məqsədilə dünya üzrə təşkil olunan fəaliyyət və təşəbbüsləri əks etdirən Xüsusi Buraxılış Xəbər Bülleteni hazırlanıb.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq sahədə fəaliyyətinə və gördüyü işlərə dair məlumatlar bülletenə əlavə olunaraq, ICIC-nin rəsmi saytında yayımlanıb.

Bülletendə ölkəmizdə informasiya əldə etmək hüququnun müdafiəsinin gücləndirilməsi və bu sahədə məlumatlılığın artırılması istiqamətində görülən işlər, Azərbaycan Ombudsmanı tərəfindən ölkəmizdə “İnformasiya əldə etmək hüququnun təmini” mövzusunda keçirilmiş silsilə maarifləndirmə tədbirləri, Ombudsman Aparatı tərəfindən hazırlanmış “Media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququ” adlı buklet və videoçarx, Müvəkkilin “Tu Info, Tu Derecho” kampaniyasında iştirakı, həmçinin Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günündə yerli mediada yayımlanmış müsahibəsi barədə məlumatlar öz əksini tapıb.

Xüsusi Buraxılış Xəbər Bülleteni ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

 

https://information-commissioners.org/newsletter/

Hurriyyet.az