"Azərbaycan Natəvanın heykəlinin səfirliyimizin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir" - ELXAN ŞAHİNOĞLU
"Sabah heykəlin üzərinə atılan rəng təmizlənsə belə, vandallar eyni təxribatı təkrarlayacaqlar"
"Azərbaycanın Fransadakı səfirliyi Evian meriyasına rəsmi məktubla müraciət edərək Natəvanın heykəlinə qarşı vandalizm və hörmətsizlikdən sonra abidənin bu şəhərdə qalmasının məqsədəuyğun hesab edilmədiyini bildirib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Azərbaycan tərəfi heykəlin səfirliyin Mədəniyyət Mərkəzinin ərazisində yerləşdirilməsini istəyir: "Fikrimcə, ən optimal yol elə budur. Çünki sabah heykəlin üzərinə atılan rəng təmizlənsə belə, vandallar eyni təxribatı təkrarlayacaqlar. Fransa bələdiyyəsi heykəli vandallardan qorumaq üçün heç nə etməyəcək və ya edə bilməyəcək. Meriya Azərbaycan səfirliyinin telefon zənglərinə cavab verməsə də, heykəlin orada qalması artıq mümkün deyil".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az