“Azərbaycan müharibəyə hazırlaşır, genişmiqyaslı hərbi əməliyyatlar olacaq” - Erməni deputat
2023-01-07 13:49:00
.jpg)
"Bu mərhələdə Azərbaycan Qarabağla bağlı problemlərin həlli üçün hərbi varianta əl ata bilər".
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın müxalif deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.
“Çox güman ki, yerli hərbi əməliyyatlar olacaq və hadisələrdən asılı olaraq genişmiqyaslı əməliyyatlara çevrilə bilər.
Azərbaycan üçün "Artsax" və Ermənistanın ayrıca problemi yoxdur, erməni məsələsini həmişəlik gündəmdən çıxarmaq məqsədi var”, - deyə deputat yazıb. (yenisabah)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya