“Azərbaycan müdafiəni yarıb Naxçıvana dəhliz aça bilərdi, amma...“

2022-09-21 09:37:00

“Azərbaycan müdafiəni yarıb Naxçıvana dəhliz aça bilərdi, amma...“

"Azərbaycan Naxçıvana dəhliz açmaq istəsəydi, açardı".

Bunu Ermənistanın News.am saytına müsahibəsində rusiyalı yəhudi mənşəli hərbi ekspert Pavel Felgenhauer söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın erməni müdafiəsini yarıb Naxçıvana çatmaq imkanı var.

“Prinsipcə, onlar bunu edə bilərlər. Amma digər bir məsələ odur ki, bu, daha ciddi döyüş əməliyyatlarına, Azərbaycanla Rusiya arasında birbaşa qarşıdurmaya səbəb olardı, çünki orada rus sərhədçiləri var. Baxmayaraq ki, onlardan yan keçmək olar, lakin istənilən halda bu, Rusiya Federasiyası ilə münaqişə ilə nəticələnə bilər. Azərbaycan isə, deyəsən, hələlik buna hazır deyil”, - deyə ekspert əlavə edib.

O, İranın da bu vəziyyəti ehtiyatla izlədiyini qeyd edərək rəsmi Tehranın Ermənistanla yaxşı münasibətlərinin olduğunu xatırladıb.

“Bundan başqa, İsraillə yaxın hərbi-texniki əlaqələrinə görə Azərbaycana İranda şübhə ilə yanaşılır. Lakin İranın bu proseslərə birbaşa hərbi müdaxiləsinin mümkünlüyü gerçək deyil. Onların başqa problemləri var və onlardan ötrü Güney Qafqazda baş verənlər ilk növbədə başqa istiqamətlərdə, Suriyada, Livanda, Fars körfəzində baş verənlərə proyeksiya olunur. Onlar üçün əsas ABŞ və İsraillə qarşıdurmadır. İrandan ötrü bunların hamısı vahid problemlər kompleksidir”, - Felgenhauer vurğulayıb.

Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.172577