Azərbaycan mətbuatının 147 mərasimi - NEKROLOQ

2022-07-22 09:36:00

Azərbaycan mətbuatının 147 mərasimi - NEKROLOQ

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.

Azərbaycanda ilk mətbu orqanın əsası 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin rəhbərlik etdiyi "Əkinçi” qəzeti ilə qoyulub.

"Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görüb.

Qəzet nəşrini dayandırsa da, milli mətbuatınyaranması və inkişafında əvəzsiz rol oynayıb. Belə ki, sonrakı illərdə "Ziya”, "Kəşkül”, "Şərqi-rus”, "İrşad”, "Molla Nəsrəddin”, "Açıq söz" kimi qəzet və jurnallar "Əkinçi”nin ənənələrini davam etdirib.

Bundan sonra - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub. Milli mətbuatın sonrakı taleyi AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. Belə ki, 70 il milli mətbuat müstəqil və azad fəaliyyətdən məhrum edilib, kommunist dikaturası azad sözün inkişafını əngəlləyib. Çünki mətbuat Sovet İttifaqının yürütdüyü siyasətin, ideologiyanın ruporu olub.

Azərbaycan yenidən müstəqillik qazanandan sonra - 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Lakin senzura rəsmən ləğv edilsə də, qeyri-leqal təzyiq və repressiyalar medianın inkişafına ciddi maneələr yaradıb.

2005-ci ilin martında "Monitor" jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib.

Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi.

Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlayıb.

Qətldən on beş ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.

Daha sonra 2011-ci il noyabrın 19-da naməlum şəxslər yazıçı, publisist Rafiq Tağını Bakıda 26 müşahidə kamerasının yerləşdirildiyi küçədə bıçaqlayıb. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Rafiq Tağı 2011-ci il noyabrın 23-də Bakının 1 saylı xəstəxanasında vəfat edib.

Proses medianın sıradan çıxarılması istiqamətində davam edib, bir sıra qəzetlər bağlanıb, müstəqil saytlar isə bu illər ərizndə bloklanıb.

Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

2022-ci ildə "Media haqqında” mürtəce Qanununun layihəsi təsdiqlənib. Bununla da medianın hakimiyyətinin nəzarətinə keçməsi rəsmiləşib.

arqument.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061452