Saat:08:47
Haqqımızda

"Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər" - Agentlik rəhbəri

2024-05-15 13:57:51

Bu gün Azərbaycanda məktəblərində rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var.

Hurriyyet.az xəbər verir ki, bu barədə "report"un sualını cavablandıran Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var:

"Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac, eləcə də müvafiq müəllim sayı uyğun olarsa rus bölməsi üzrə sinif sayı artırıla bilər".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000076