Saat:06:55
Haqqımızda

Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular - VİDEO

2022-06-27 17:18:00

Azərbaycan məktəbində Xameneyi TƏBLİĞATI: Şagirdlərə ona həsr olunmuş mahnı oxutdurdular - VİDEO

Azərbaycan məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunmuş mahnı ifa etdirilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə videonu “Turan Tim” “Telegram” kanalı yayıb.

İlkin məlumata görə, video Yevlax rayonundakı məktəblərin birində çəkilib.

Videodan görünür ki, müəllim şagirdlərə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa etdirir. Videoda müəllimin hicablı olması və Azərbaycan bayrağının yanlış asılması da diqqəti çəkib.

Sosial şəbəkə istifadəçiləri müəllimin öz dini görüşlərini şagirdlər arasında təbliğ etməsinin yanlış olduğunu bildirib və buna etiraz ediblər.

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR