Saat:20:18
Haqqımızda

Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU

2025-05-22 10:27:10

Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU

Sankt-Peterburqun Petroqrad rayon məhkəməsi bir nəfəri xırda xuliqanlığa görə inzibati qaydada həbs edib.

Hurriyyet.az xəbər verir ki, şəhər məhkəmələrinin Birləşmiş Mətbuat Xidmətinin məlumatına görə, mayın 20-də axşam saatlarında Böyük Zelenina küçəsində, 38 nömrəli evin yaxınlığında bir kişi ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozub.

O, Azərbaycan konsulu Rəhim Rəhimzadənin iradlarına məhəl qoymayıb.

Saxlanılan şəxs təqsirini etiraf edib və məhkəmə onu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsinə əsasən (“xırda xuliqanlıq”) 2 sutka müddətinə inzibati həbs cəzasına məhkum edib. Həmin maddə üzrə maksimum cəza 15 sutkayadək həbsdir.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.237005