Saat:23:57
Haqqımızda

Azərbaycan klubunda qəfil istefanın daha bir səbəbi ÜZƏ ÇIXDI

2024-02-05 20:20:13

Azərbaycan klubunda qəfil istefanın daha bir səbəbi ÜZƏ ÇIXDI

Murad Musayevin «Sabah»ın baş məşqçi postundan qəfil istefasının daha bir səbəbi məlum olub.

Rusiyalı mütəxəssis futbolçuların ona olan inamının itməsini etiraf edib.

Ölkə kubokunun ¼ final mərhələsinin «Qarabağ»la ilk matçını (1:7) analiz edən çalışdırıcı bu qənaətə gəlib ki, komanda üzvlərinin gələcəyə ümidi qalmayıb.

Bu barədə klub funksionerlərinin biriylə söhbətləşən Musayev deyib ki, çıxış yolu buradan getməkdir.

O, rəhbərlikdən hər cür dəstək gördüyünü, hər zaman yaxşı şərait yaradıldığını, lakin yaranmış ruh düşkünlüyünü aradan qaldırmaqda aciz olduğunu söyləyib.

Özbək kökənli sükançı özünün də psixoloji cəhətdən yorulduğunu, bir müddət istirahətə ehtiyac duyduğunu qeyd edib.

"Bayquşlar" Musayevin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. \\SPORTİNFO.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR