Saat:02:13
Haqqımızda

Azərbaycan kikboksçuları Anar Məmmədov ilə Fərid Ağamalıyev İslamiadada qızıl medal qazandılar!

2022-08-18 19:58:00

Azərbaycan kikboksçuları Anar Məmmədov ilə Fərid Ağamalıyev İslamiadada qızıl medal qazandılar!

Hurriyyet.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışlarına yekun vurulub.

Fərid Ağamoğlanov (63,5 kq, Full kontact) və Anar Məmmədov (57 kq, Low kik) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Digər idmançılarımız Camal Məmmədov (54 kq, Full kontact) və Saqi Salehli (75 kq, Full kontact) gümüş, Amil Məmmədov (51 kq, Full kontact) və Ramiz Məmmədov (54 kq, Full kontact) isə bürünc medala layiq görülüblər.

 Sonuncu yarış günündə Azərbaycan milli komandasının üzvlərindən Ramal Aslanov (low kick, 75 kq) və Elvin Ağayev (full kontact, 86 kq) gümüş, Arzuman Qədimov (low kik, 63.5 kq) isə bürünc  medal qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilib. İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançılarının iştirak elədiyi yarışlar bu gün başa çatıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.130471