Azərbaycan kəndində kütləvi dava: 3 nəfər öldü
2025-11-28 14:15:11
Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri yaxınlığındakı Golan kəndində kütləvi dava olub.
Hurriyyet.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, dava nəticəsində 3 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Əyalət polisinin yaydığı məlumatda ölü sayının artacağı ehtimalının olduğu bildirilib.
Ailələr arasında baş verən kütləvi dava iştirakçılarının hamısı həbs edilib.
Axar.az
