Saat:17:25
Haqqımızda

Azərbaycan iqtisadiyyatına bu ildə hansı ölkələr ən çox sərmayə yatırıb?

2021-10-21 16:24:00

Azərbaycan iqtisadiyyatına bu ildə hansı ölkələr ən çox sərmayə yatırıb?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 milyard 257 milyon manat vəsait yönəldilib ki, bu da illik ifadədə 13,5 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.

Qeyd olunur ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 milyard 83,9 milyon manatı və ya 94,7 faizi Böyük Britaniya, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya, Hindistan və İran sərmayədarlarına məxsus olub.

virtualaz.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR