"Azərbaycan ilin sonuna erməni silahlı birləşmələrinin ləğvini həyata keçirəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-14 12:09:39

"Ermənistan rəhbərliyinə Türkiyə və Azərbaycan tərəfindən ciddi təzyiqlər, Qərbdən dəstəyin verilməməsi Paşinyanın geri çəkilməsi ilə nəticələndi"

"Ermənistanın baş naziri "Politco" nəşrinə müsahibəsində Qarabağ daxil olmaqla Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanıdığını vurğulayıb. Qeyd edim ki, Nikol Paşinyan ötən həftə guya Azərbaycanın sərhəddə ordu yığdığına görə dövlət başçılarına Azərbaycandan şikayət zəngi də müsbət nəticə vermədi. Hətta Fransanın Ermənistana siyasi dəstəyi proseslərə təsir etmədi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloqun sözlərinə görə, Ermənistan çalışırdi ki, Qərbin siyasi dəstəyini alaraq Azərbaycana qarşı hərbi əməliyyatlar keçirsin: "Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət müsbət istiqamətdə davam edir. Paşinyanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanımasını elan etməsi, geri çəkildiyini göstərir. Həmçinin, Qarabağdakı separatçılara təklif göndərib ki, Azərbaycanla anlaşın. Göründüyü kimi, Ermənistan reallıqları qəbul etmək məcburiyyətindədir. Ermənistana Qərbdən dəstək verilmədi. Əlbəttə ki, bu, Azərbaycanın diplomatik qələbəsidir. Artıq İran da Ermənistanın apardığı siyaətdən narazılığını siyasi leksikona gətirib".

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, Ermənistan rəhbərliyinə Türkiyə və Azərbaycan tərəfindən ciddi təzyiqlər, Qərbdən dəstəyin verilməməsi Paşinyanın geri çəkilməsi ilə nəticələndi: "Azərbaycan bu ilin sonuna erməni silahlı birləşmələrinin ləğvini də həyata keçirəcək. Qarabağdakı separatizmin axır günlərini yaşadığını Rusiya rəhbərliyi də qəbul edib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.126305