Saat:04:26
Haqqımızda

“Azərbaycan ilə Ermənistan sərhədində baş verənlər Rusiyada ciddi narahatlıq doğurur” – RF XİN-in açıqlaması

2021-07-30 15:30:00

“Azərbaycan ilə Ermənistan sərhədində baş verənlər Rusiyada ciddi narahatlıq doğurur” – RF XİN-in açıqlaması

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksandr Bikantov bu gün yazılı açıqlama verərək Moskvanın Azərbaycan ilə Ermənistan sərhədindəki insidentlərlə bağlı ciddi şəkildə narahat olduğunu bildirib. Açıqlamada deyilir: “Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində baş vermiş, insan itkilərinə səbəb olan silahlı insidentlər bizdə ciddi narahatlıq doğurur. Həlak olanların ailələrinə kədərləndiyimizi bildirir, zərərçəkənlərə və yaralılara sağalmalarını arzu edirik”. Açıqlamada Moskvanın Azərbaycan ilə Ermənistana sərhəddə vəziyyətin ağırlaşmasına səbəb ola biləcək istənilən addımlardan çəkinmək, bütün problemləri siyasi-diplomatik yollarla həll eləmək çağırışı edilir, Rusiya tərəfinin “iki ölkənin sərhədlərinin demarkasiyası və delimiyasiyası məsələsində köməyə hazır olduğu”, 2020-ci ilin noyabrında və 2021-ci il 11 yanvar tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün çalışdığı bildirilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR