Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
2025-05-09 11:50:42

Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı başlayıb.
Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin paradı qəbul edir.
Paradda Azərbaycan hərbçiləri keçid edib. Keçidə polkovnik-leytenant Samiq Məmmədov rəhbərlik edib.
