“Azərbaycan hərbçiləri 5-10 metrlikdə...” – Abramyandan şok iddia

2022-08-04 13:53:00

“Azərbaycan hərbçiləri 5-10 metrlikdə...” – Abramyandan şok iddia

Azərbaycanın Laçın dəhlizinə alternativ çəkdiyi yol dəhliz statusunda olmayacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

Deputat Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağdakı son olaylarla bağlı reaksiyasına sərt münasibət bildirib:

“Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək bildirir ki, Laçın dəhlizindən keçən marşrut yalnız bəyannaməni (10 noyabr – red.) imzalayan tərəflərin təsdiq etdiyi plana uyğun olaraq dəyişdirilə bilər. Bu nə deməkdir və XİN nədən şikayət edir?

Laçın dəhlizi boyu tikilən yeni yol istismara veriləcəyi təqdirdə dəhliz anlayışı istifadədən çıxacaq və sadəcə olaraq yola çevriləcək.

Xatırladım ki, dəhlizin sağ və sol hissələrində ümumi eni 5 km olan 2.5 km-lik hissə müəyyən edilmişdi ki, bu da əslində bufer zona rolunu oynayırdı və ilk növbədə təhlükəsizlik səbəbləri ilə müəyyən edilmişdi. Azərbaycanın çəkdiyi yeni yol mənzərəni dəyişdirəcək. Bunun nəticəsində Azərbaycanın mövqeləri və şəxsi heyəti yoldan 5-10 metr məsafədə yerləşə bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000117