Azərbaycan-Gürcüstan sərhədində hadisə - Yaralanan var
2022-12-19 09:38:00

Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar.
Hurriyyet.az xəbər verir ki, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.
Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.
Faktla bağlı araşdırma aparılır. (report)
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya