"Azərbaycan Ermənistanla müəyyən olunmamış ərazilərdə müharibə aparır" - POLİTOLOQ

2022-09-13 16:57:00

"Ermənistan Azərbaycanın şərtlərini qəbul edib, praktiki cəhətdən əməl etməlidir. Çünki, Azərbaycanın mövqeyi və şərtləri beynəlxalq hüquqa söykənir".
Bunu politoloq Məhəmməd Əsədullazadə Hurriyyet.az-a açıqlamasında deyib. O qeyd edib ki, Ermənistan yekun sülh sazişində Qarabağın "status" məsələsini və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir: 
"Ermənistanın Kəlbəcərdən başlayaraq Qafana qədər bütün hərbi hissələri hədəf olacaq. Döyüşlər davam edir və Azərbaycan ordusu Ermənistanın hərbi hissələrini, döyüş postlarını və strateji hərbi yollarını sıradan çıxarır. 
Azərbaycan Ermənistanla müəyyən olunmamış ərazilərdə müharibə aparır. Bunu da demək lazımdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanimir.
Demək, Azərbaycanda qarşı tərəfin ərazi bütövlüyünü tanımamalıdır".

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061009