Saat:23:10
Haqqımızda

Azərbaycan Ermənistanın yollarından o zaman istifadə edəcək ki... - Papoyan

2025-12-15 17:51:25

Azərbaycan Ermənistanın yollarından o zaman istifadə edəcək ki... - Papoyan

"Azərbaycanlıların bu və ya digər yolu var, amma əminəm ki, onlar yollarımızdan istifadə edəcəklər".

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

"Güman edirəm ki, yollarımızdan istifadə etməyə başlamazdan əvvəl tam nizamlanmanı gözləyirlər. Mən qətiyyən narahat deyiləm. Bu, sadəcə olaraq, yanaşma məsələsidir. Onlar düşünürlər ki, hər şey bir anda tamamlanmalı və edilməlidir, biz isə bunu paralel olaraq etməni düşünürük", - Papoyan əlavə edib.

Azərbaycan ərazisindən buğda idxalının rentabelliyi ilə bağlı suala isə nazir belə cavab verib:

"Keçən il bu vaxt fakturalara baxsanız, Rusiyadan sərhəddə 190-200 dollara buğda alırdıq. Bu gün buğdanın qiyməti 275 dollardır, qiymət artıb. İndi, tutalım, 10 dollar və ya 20 dollar daha ucuz əldə etmək mümkündürmü? Bəli. Amma digər amillər də var. Daha ucuz almaq olarmı? Bəli. Növbəti məntiqi sual yarana bilər: bu çörəyin qiymətinə nə qədər təsir edəcək? Mən buna cavab verə bilmərəm. Axı burada çoxlu faktorlar var”.

Yenisabah.az