Saat:01:46
Haqqımızda

"Azərbaycan Ermənistan və İrana qanuni, ədalətli şəkildə cavab verir" - TURAL İSMAYILOV

2021-09-16 14:33:00

"Sürücülər etiraf edirlər ki, Ermənistan polisi və SNB onlara dolama yolu ilə hərəkət etməyi təklif edir"

"Ermənistan Gorus-Qafan yolu əvəzinə İrandan gələn tır sürücülərinə alternativ yol təklif edib. Polis və SNB səlahiyyətliləri İran yük maşınlarının dolama yoldan istifadə etməsini təklif edirlər". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, sürücülərin çoxu keçid məntəqəsində yük maşınlarına görə azərbaycanlılara ödəməyə pulu olmadığını deyib vəziyyətdən çıxmaq istəyir: "Azərbaycan yenə humanizm nümayiş etdirib. İranlı sürücülərin çoxu Gorus istiqamətində hərəkət edərkən pul çatışmazlığı səbəbindən pul ödəməyib. Ancaq onlara xəbərdarlıq edilib. Sürücülər etiraf edirlər ki, Ermənistan polisi və SNB onlara dolama yolu ilə hərəkət etməyi təklif edir. Ancaq yük maşınları çox böyükdür və belə dar bir yolda gedə bilməzlər. Sürmək istəyən bəzi yük maşını sürücüləri qəzaya düşüb".

Tural İsmayılov onu da əlavə edib ki, Azərbaycan Ermənistanın təxribatları və İranın qanunsuz formada Xankəndiyə yük göndərməyinə qanuni və ədalətli şəkildə cavab verir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR