Azərbaycan-Ermənistan sərhədinə müşahidəçi göndərmək yarışı – Fransadan, Rusiyadan açıqlamalar gəlir

2022-09-30 14:44:00

Azərbaycan-Ermənistan sərhədinə müşahidəçi göndərmək yarışı – Fransadan, Rusiyadan açıqlamalar gəlir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 30-da MDB üzvü olan dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti üzrə Konfransının XVIII iclasında deyib:

“Hazırda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılaşmalarının, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının reallaşdırılması üçün münbit şərait yaradılması və ümumilikdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq razılaşmanın imzalanması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidəçilərindən istifadə imkanları müzakirə edilir”.

“Düşünürəm ki, MDB-dən də dəstək tələb olunacaq”,  – deyə Lavrov əlavə edib.

Лавров: Россия получила письменные гарантии США по Ирану

Xəbər verdiyimiz kimi, Fransanın Ermənistandakı səfiri Ann Luyo rəsmi Parisin Azərbaycanla Ermənistan sərhədinə beynəlxalq müşahidəçilər yerləşdirilməsi ideyasının tərəfdarı olduğu bəyan edib.

Ann Luyo bu istiqamətdə işlərin artıq aparıldığını, Fransa ilə ABŞ-ın bu məsələ istiqamətdində fəal çalışdığını qeyd edib. Ann Luyo deyib: “Biz bu ideyanı dəstəkləyirik, bu istiqamətdə çalışırıq, başqa ölkələrlə danışıqlar aparırıq”.

France supports demarcation and delimitation of Azerbaijani-Armenian  border: envoy

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanla Azərbaycan sərhədində “beynəlxalq müşahidəçilər” yerləşdirmək ideyasına Rusiyadan kəskin etiraz səsləndirilib. RF XİN mətbutat katibi Mariya Zaxarova dünən Rusiyanın Ermənistan-Azərbaycan sərhəddində beynəlxalq müşahidəçilər yerləşdirilməsinə qarşı olduğunu bəyan edərək deyib: “Real fəaliyyət göstərən üçtərəfli sazişləri xəyali bir şeylə əvəz etmək mümkün deyil. Yalnız üçtərəfli sazişlərin tam icrası münaqişənin həllinə kömək edəcək.

Burada nəzəriyyə də var, təcrübə də var, baş verənlərin ifadəsi və gələcək üçün plan var. Bu sənədlər təkcə vasitəçi ilə hər bir ayrı-ayrı ölkə arasında deyil, bu uzun münaqişənin tarixinin bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Buna görə də onlar əvəzolunmazdırlar və həqiqətən də xəyali bir yol xəritəsini deyil, reallığı təmsil edirlər”.

Zaxarova Ermənistanın Qərbdəki havadarlarını nəzərdə tutaraq deyib: “Çox söz verirlər, söz verməyi bacarırlar. Həqiqət budur ki, bu illər ərzində az iş görüblər və nədənsə heç bir nəticə əldə etməyiblər. Lakin hazırlanmış müqavilələr kağız üzərində qalmadı, mərhələli şəkildə həyata keçirilir. Heç də hər şey istədiyiniz kimi həyata keçirilmir, çünki siz həmişə maksimumu istəyirsiniz. Ona görə də mənə elə gəlir ki, real olanı xəyali nəyisə əvəz etmək olmaz. Ancaq bu, yəqin ki, ümumi qaydadır”.

Hürr Tərcüman

Пашинян вновь взялся за телефон: Премьер-министр Армении позвонил Путину и  Макрону


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.104493