Azərbaycan-Ermənistan sərhədində Fransa kəşfiyyatçıları - Yeni missiyanın pərdəarxası

2023-01-23 13:48:00

Azərbaycan-Ermənistan sərhədində Fransa kəşfiyyatçıları - Yeni missiyanın pərdəarxası

“Aİ müşahidə missiyanın Ermənistana gəlişi planının arxasında duran gücü müəyyən etmək lazımdır. Bu güc Fransadır. Birmənalı olaraq, müşahidə missiyasına rəhbərlik edən şəxs və bu missiya adıyla Ermənistana gələcək xüsusi xidmət orqanlarının əməkdaşları da Fransaya məxsusdur”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Avropa İttifaqının Xarici Əlaqələr Şurasının bu gün Azərbaycan-Ermənistan sərhədinə dair qəbul edəcəyi qərar çərçivəsində Aİ-nin müşahidə missiyasının daha 400 üzvünün Ermənistana göndərilməsinə rəy bildirib:

“Fransa çox gözəl anlayır ki, belə bir məsələ Azərbaycan qarşısında qaldırılsaydı, təbii ki, buna razı olmayacaqdı. Çünki ən azından Praqa görüşündə Azərbaycan buna öz etirazını bildirib və Azərbaycanın ərazisi çərçivəsində belə bir missiyanın olmayacağını birmənalı olaraq çatdırıb.

Sərhədlərin müəyyənləşməsi məsələsi bilavasitə bu missiyanın səlahiyyət çərçivəsinə aid deyil. Bununla bağlı işçi qrupu yaradılıb. Sadəcə, işçi qrup Ermənistanın prosesi sabotaj etməsi ucbatından işləmir.

Aİ, başda da Fransa olmaq şərtilə regionda uzunmüddətli yerləşmədə maraqlıdır. Bu proses 2 ay üçün nəzərdə tutulurdu, artıq 2 il üçün nəzərdə tutulur, müşahidəçi sayı da artıb. Bu da onu göstərir ki, məsələnin arxasında ciddi geosiyasi niyyətlər mövcuddur. 

Əslində, missiya Ermənistan ərazisində yerləşirsə, KTMT güclərinin də Ermənistana yerləşməsinin qarşısını alacaq. Bu da Rusiyanı prosesdən uzaqlaşdırmaq niyyətini güdür”.

N. Mirinin sözlərinə görə, məsələnin digər tərəfi Ermənistanın Qərb dünyasını prosesə daxil etməklə, sanki Azərbaycan qarşısında öz təhlükəsizliyini təmin etmiş kimi görümək istəyidir:

“Fransanın ciddi şəkildə Aİ çətiri altında regionda yerləşməsi mümkün olarsa, gələcək perspektivdə beynəlxalq birlik adı altında Qarabağda yeni “sülhməramlı” qoşunların gətirilməsini hədəflənə bilər. Əlbəttə, Azərbaycanın razılığı olmadan bu qeyri-mümkündür. Çünki bunun üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac var. Fransa buna görə dəridən-qabıqdan çıxır. Ancaq hələlik buna nail ola bilməyib. Məqsəd və niyyət uzaq perspektiv üçün düşünülüb, amma hansı nəticələr verəcək, bilinmir”.

Analitik düşünür ki, missiyanın mövcudluğu tərəflər arasında sülhə töhfə verməyəcək:

“Əksinə, tormozlayıcı rolu oynayacaq. Çünki artıq Fransanın ambisiyaları öz həddini aşır. Bu ambisiyalar təkcə Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə deyil, eləcə də Aİ-nin geosiyası maraqlarına təhlükə yaradır. Aİ-nin enerjidaşıyıcılarına ciddi ehtiyacı var. Rusiya ilə Qərb arasındakı qarşıdurma kontekstində Azərbaycan, sözün əsl mənasında, Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu, Aİ və Azərbaycan arasındakı münasibətlərin pozulmasına gətirib çıxara bilər”.

“Əslində, Almaniya prezidenti Frank-Uolter Ştaynmayerin azərbaycanlı vəzifədaşı ilə telefon danışığının əsas məqsədlərindən biri də bu idi ki, Almaniya dövləti Azərbaycan-Ermənistan sülh prosesində Fransanın iştirakı olmadan yenidən üçtərəfli görüşün tərəfdarıdır. Yəni Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşü burada nəzərdə tutulur. Almaniya bildirmək istəyirdi ki, Fransanın ambisiyaları Aİ-nin maraqlarına zərər verir. Ona görə də üçtərəfli görüş dəstəklənir. Düşünürəm ki, əgər proses gələcək perspektivdə indiki kimi davam edərsə, bu, həm də Aİ-nin maraqlarına ciddi zərər vuracaq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157729