"Azərbaycan-Ermənistan danışıqları dövlət başçıları formatında keçirilə bilər" - "Sülh sazişinin zamanı və məkanı..."
2025-05-19 16:12:26

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yaxın zamanda Azərbaycanla Ermənistan arasında dövlət başçıları səviyyəsində danışıqlar aparıla biləcəyini söyləyib.
Simonyan deyib: "Ermənistanla Azərbaycan arasında müzakirələr davam edir və onların davamı barəsində razılaşma var. Danışıqların yaxın zamanda dövlət başçıları və xarici işlər nazirləri formatında davam edəcəyi istisna deyil".
Onun sözlərinə görə, "bu proseslər sülh razılaşmasının zamanının və məkanının müəyyənləşdirilməsinə yönəldilib".
Hürr Tərcüman
