"Azərbaycan erməni silahlı dəstələrinə qarşı anti-terror əməliyyatlarına başlamalıdır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-09-19 12:17:00

"Nə qədər ki, qanunsuz silahlı terrorçu dəstələr Qarabağda mövcud olacaq, bu kimi terror halları davam edəcək"

"Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət ərazisində erməni silahlı birləşmələrinin diversiya kəşfiyyat qrupunun yeni inşa olunmuş Füzuli-Şuşa yolunda tunelə mina basdırması terror aktıdır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, nə qədər ki, qanunsuz silahlı terrorçu dəstələr Qarabağda mövcud olacaq, bu kimi terror halları davam edəcək: "Məhz bu səbəbdən də düşünürəm ki, Azərbaycan Qarabağda qanunsuz erməni silahlı dəstələri terrorçu qrup elan etməli və onlara qarşı anti-terror əməliyyatlarına başlamalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135914