AZƏRBAYCAN DÖVLƏTİNİN QARABAĞ QAZİSİNƏ VERDİYİ ƏMLAK TÜRKİYƏ VƏTƏNDAŞINA NECƏ SATILIB? - Qarabağ qazisindən Mikayıl Cabbarova publik müraciət

2022-12-28 15:43:00

AZƏRBAYCAN DÖVLƏTİNİN QARABAĞ QAZİSİNƏ VERDİYİ ƏMLAK TÜRKİYƏ VƏTƏNDAŞINA NECƏ SATILIB? - Qarabağ qazisindən Mikayıl Cabbarova publik müraciət

Elektron hökumət portalından müraciətimə öncə süni qadağa qoyulduğundan və daha sonrakı şikayətimə rəhbərlik etdiyiniz nazirliyin yanına verilən Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) sədr müavini Elçin Yusubovun növbəti qanunsuz şablon cavabı ilə üzləşdiyimdən , media üzərindən diqqətinizi  DÖVLƏTİN  adından çıxarılan üç  (?) məhkəmə qətnaməsini tabeliyinizdəki DÖVLƏT  qurumlarının   onlarla illərdir  icra etməməsinə  yönəltmək istəyirəm.

Əlilliyi olan şəxslər haqqında dövlət siyasətinin başlıca prioritetlərindən biri onların məşğulluğunun, sahibkarlıq fəaliyyətinin təmin edilməsidir. Qanunvericiliyə görə,  icra hakimiyyəti orqanları qeyri – yaşayış otaqlarını vermək və xammalla təchiz etmək yolu ilə əlillərin evdə əməyini və sahibkarlıq fəaliyyətinin təşkili üçün şərait yaradır. Dövlət əmlakının , qeyri – yaşayış sahələrinin idarə edilməsi ƏMDX-nın  ( Əmlak Məsələləri Dövlət Xidmətinin  ( keçmiş ƏMDK ) səlahiyyətinə aid olduğundan bu qurumdan 1-ci dərəcəli Qarabağ əlili kimi sahibkarlıqla məşğul olmağa Nizami rayonu , Bəhruz Nuriyev, 10a ünvanındakı əvvəllər 25 saylı II Nizami Dairə Seçki Komissiyasının yerləşdiyi otaqları istəmişəm. Balanssaxlayıcı Nizami RİH razılıq məktubu vermədiyindən Xətai məhkəməsində əmlakın yiyəsi ƏMDK -ya qarşı maddi-mənəvi tələbli  iddiam məhkəmənin (özünün cəlb etdiyi ikinci cavabdeh Nizami MKTB olmaqla) 26.05.2009 tarixli 2 (011) -451/09 saylı qətnaməsi ilə qismən təmin olundu, mənəvi ziyanla bağlı hissədə təmin olunmadı. 2 il keçdi, dövlətin adından çıxarılan məhkəmə qərarı icra olunmadı . Əksinə, borclular ƏMDK və Nizami RİH bir-birinin məktubu ilə məhkəmənin dövlətin adından mənə verdiyi otaqların həmin ünvandakı “Kapitalbank”ın Nizami filialının, bank bunu yalanlayanda ƏMDK -nın sədr müavini Rafiq Cəlilovun  köhnə tarixə tərtib etdiyi   saxta alqı-satqı şəhadətnaməsi  ilə 12 yaşlı uşağın “mülkiyyətində olduğunu bildirdilər. Xətai məhkəməsinə “icranın Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqlarına yönəldilməsi və icraya mane olan borclular ƏMDK, Nizami RİH və digərlərinin barəsində xüsusi qərardadla prokurora xəbər verilməsi” tələbi ilə verdiyim iddia 21.06.2011 tarixli 2 (011)-855/11 saylı qətnamə ilə qismən təmin olunub, prokurora xəbər verilməsi hissəsində təmin olunmayıb. Bu qətnamə və onun əsasında verilmiş 22.07.2011 tarixli icra sənədi 3 il məndən gizlədilib . Heç demə, bu gizlilik 2 məhkəmə qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən otaqların qondarma fiqur Hüseynov Aydın Bəxtiyar oğlunun adına sənədləşdirilməsi ilə bağlı imiş . Borclu ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin 14.07.2011 tarixli qeydiyyat çıxarışı ilə 21.06.2011 tarixli məhkəmə qətnaməsi ilə mənə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri – yaşayış otaqları Hüseynov Aydın Bəxtiyar oğlunun adına ÖZƏLLƏŞDİRİLİB.

Çoxsaylı şikayətlərimdən sonra Xətai məhkəməsinin 21.06.2011 tarixli qətnaməsi və onun əsasında verilmiş 22.07.2011 tarixli icra vərəqəsinin surəti 17.07.2014-cü ildə - 3 il gizlədildikdən sonra mənə göndərildi. Lakin artıq 8 il yarım keçib, hələ də Konstitusiyaya hörmətsizlik sürür. Cinayətkar özbaşınalıq o həddə çatıb ki, məhkəmə qərarının icrasını tələb etdiyimə görə borcluların sifarişi ilə Nizami polisi məni - tələbkar 1-ci dərəcəli Qarabağ qazisini işgəncəyə uğradıb .

 Düzdür, artıq borclu ƏMDK -nın sədri Kərəm Həsənov yerini Prezidentin yanına,  Nizami RİH başçısı Tahir Budaqov Dövlət Statistika Komitəsinin başına keçib, amma ƏMDK -nın özü İqtisadiyyat Nazirliyinin yanına keçib. Yəni İqtisadiyyat Nazirliyi (yanında Əmlak Məsələləri Dövlət Xidməti ) ƏMDK -nın hüquqi varisidir və onun borc öhdəlikləri də rəhbəri olduğunuz nazirliyə keçib. Bu isə o deməkdir ki, hörmətli nazir Mikayıl Cabbarov 1-ci dərəcəli Qarabağ qazisinə BORCLUDUR və bu  əmlak borcunu ödəməlidir. (Nərimanov rayin məhkəməsinin 04.04.2011 tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin borcunu məbləğ cüzi olduğundan tələb etmirəm )

Hörmətli nazir, Sizə mənə olan əmlak borcunuzu ödəməyi təklif edirəm. Mənə həmin borc Vətənə xidmətdə Qarabağ qazisi olmağıma görə DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARI İLƏ ÖDƏNİLMƏLİDİR. NİYƏ DÖVLƏTİN 1-Cİ DƏRƏCƏLİ QARABAĞ QAZİSİNƏ VERDİYİ ƏMLAKI BİR İL “KAPİTALBANK”IN,  O BİRİ İL AYDIN BƏXTİYAR OĞLU HÜSEYNOVUN, ÖTƏN İL ATA ADI OLMAYAN  (bunu rəhbəri olduğunuz nazirlikdən rəsmi məktublarla bildiriblər ) TÜRKİYƏ VƏTƏNDAŞI KEREM SEZERİN “MÜLKİYYƏTİNƏ VERİRSİNİZ” , AMMA TƏLƏBKAR QARABAĞ ƏLİLİNİN İCARƏSİNƏ BELƏ VERMİRSİNİZ? AZƏRBAYCAN DÖVLƏTİNİN QARABAĞ QAZİSİNƏ VERDİYİ OTAQLAR TÜRKİYƏ DÖVLƏTİNİN ATA ADI OLMAYAN VƏTƏNDAŞINA NECƏ VERİLƏ BİLƏR?

TƏLƏBİMİ BORCUNUZU ÖDƏMƏKLƏ TƏMİN ETMƏYİNİZİ DİLƏYİRƏM.

Məğrur BƏDƏLSOY

P. S. Poliqlot – çoxdilli olduğunuzu bilirəm. Dövlətin məhkəmə , qanun ilə bağlı dili latıncadan götürülüb : “NON REX EST LEX, SED LEX EST REX” ! ( “ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR” !)

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149909